EN

KXDR XİN: G7-nin denuklearizasiya çağırışları “düşmən təxribatıdır”

BAKI, 14 noyabr. TELEQRAF

Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Çoe Son Xi G7 ölkələrinin nazirlərinin Pxenqyanın denuklearizasiyası ilə bağlı çağırışlarını sərt şəkildə tənqid edib.

Teleqraf xəbər verir ki, onun çıxışı Koreya Mərkəzi Teleqraf Agentliyi tərəfindən yayımlanıb.

Nazir bildirib ki, G7-nin denuklearizasiya tələbləri “KXDR Konstitusiyasına birbaşa müdaxilə” olmaqla açıq-aşkar düşmənçilik kimi qiymətləndirilir. O xatırladıb ki, ölkənin nüvə dövlət statusu konstitusiyada təsbit edilib və bunun dəyişdirilməsi qeyri-mümkündür.

Çoe Son Xi G7-nin denuklearizasiya mövqeyini “axmaq düşüncə tərzi” adlandıraraq vurğulayıb ki, beynəlxalq ictimaiyyət artıq belə tələbin reallıqdan uzaq olduğunu anlayır.

“Heç kimin bizi konstitusiyanı pozmağa məcbur etmək hüququ yoxdur. KXDR-in hazırkı statusu xarici ritorika ilə dəyişməyəcək,” - o vurğulayıb.

O həmçinin beynəlxalq ictimaiyyəti G7-nin özü tərəfindən yaradıldığını iddia etdiyi təhlükələrə diqqət yetirməyə çağırıb və “G7-ni nüvə alyansı” adlandırıb. Çoe Son Xi vurğulayıb ki, KXDR nüvə arsenalından yalnız xaricdən gələn nüvə təhdidi tam aradan qaldırıldıqdan sonraimtina edə bilər.

Chosen
44
teleqraf.com

1Sources