
ABŞ Hərbi Dəniz Qüvvələri Qərb yarımkürəsində narkotik kartellərinə qarşı geniş əməliyyata başlayıb.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən bildiriblər.
Sosial şəbəkədə qeyd olunur:
“Bu gün “Cənub nizəsi” əməliyyatı başlanıb. Bu missiya vətənimizi qoruyacaq, narkoterrorçuları yarımkürəmizdən qovacaq və xalqımızı öldürən narkotiklərdən təhlükəsizliyini təmin edəcək”.
Hücum əmrini Pezident Donald Trampın verdiyi bildirilir.
E. KAMAL