EN

Kilian Mbappe yubiley qolunu şərh etdi

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Real" və Fransa millisinin hücumçusu Kilian Mbappe Ukrayna ilə matçda klub və milli karyerasında 399-cu və 400-cü qollarını vurub. Sport24.az xəbər verir ki, forvard "RMC Sport"a açıqlamasında yubiley qolunu şərh edib:

"400 qol insanları heyran etmək üçün yetərli deyil. Onları şoka salanlardan biri olmaq istəyirsinizsə, daha 400 qol vurmalısınız. Ronaldodan 1000 qol? Bu, qeyri-realdır. Amma gəlin qeyri-real olana can ataq. Çalışmalıyıq, bizim yalnız bir karyeramız var".

Qeyd edək ki, 26 yaşında fransız hücumçu futbol tarixində əfsanəvi Peledən sonra bu göstəriciyə çatan ikinci ən gənc oyunçu olub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
sport24.az

1Sources