ain.az, Azpolitika.az saytına istinadən bildirir.
ABŞ-nin hərbi naziri Pit Heqset narkotik kartelləri əleyhinə "Cənub nizə" ("Southern spear") əməliyyatının başladığını elan edib.
"Report"un məlumatına görə, o, bununla bağlı "X"də paylaşım edib.
"Bu gün "Cənub nizə" əməliyyatını elan edirəm", - Heqset yazıb. O, qeyd edib ki, əməliyyata Mərkəzi, Cənubi Amerika və Karib dənizini əhatə edən məsuliyyət zonasına xüsusi yaradılmış birləşməyə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı rəhbərlik edəcək.
"Bu missiya Vətənimizi qorumaq, yarımkürəmizdən narkotik terrorçularını zərərsizləşdirmək və vətəndaşlarımızı öldürən narkotiklərdən qorumaq üçün nəzərdə tutulub", - Heqset əlavə məlumat vermədən bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.