EN

Misli mərc oyunları 5 futbolçunun karyerasını bitirdi Müqavilələr ləğv edildi

ain.az, Mia.az portalına istinadən məlumat yayır.

Azərbaycanda "Azərlotereya" ASC-nin kurasiyasında olan "Beşiktaş"ın sabiq prezidenti Yıldırım Demörənin sahibi olduğu Misli mərc oyunları Türkiyədə 102 futbolçunun karyerasını ləkələyib. Hələ sırda minə yaxın futbolçu və 300-dən çox cəza gözləyən hakim var.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən cəzaları açıqlanan 102 futbolçu arasında adları olan birinci liqa təmsilçisi "Amedspor" həmin oyunçularla müqaviləyə son verib.

Məlumata görə, klub mərc araşdırması çərçivəsində müxtəlif müddətlərə futboldan uzaqlaşdırılmış Oktay Aydın, Uğur Adem Gezer, Arda Gülmez, Bartu Kaya və Alberk Koçla imzalanmış müqavilələrə xitam verib: "Bildiyiniz kimi, federasiyanın qərarı ilə Oktay Aydın 12 ay, Adem Gezer 6 ay, Arda Gülmez, Bartu Kaya və Alberk Koç isə hər biri 45 günlük cəza alıblar. Klub bu qərardan sonra həmin futbolçularla bir addımlamaqdan imtina niyyəti olaraq müqavilələrini ləğv edib".

Fərid ASLAN

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
41
mia.az

1Sources