EN

İsrail ABŞ ilə 20 illik təhlükəsizlik sazişi bağlamaq istəyir

İsrail hökuməti ABŞ ilə yeni 20 illik təhlükəsizlik sazişi bağlamağı planlaşdırır, bu barədə adı açıqlanmayan israilli və amerikalı rəsmilərə istinadən “Axios” yazıb. Sənəd iki ölkə arasında mövcud olan və 2028-ci ildə qüvvədən düşəcək Anlaşma Memorandumunu əvəz etməlidir. Lakin mənbələr İsrailə artan narazılıq səbəbilə prosesdə problemlərin yarana biləcəyini istisna etmirlər.

“Axios”un məlumatına görə, İsrail yeni sazişi gələn il ərzində bağlamaq istəyir. Cari memorandum 2016-cı ildə ABŞ-nin o vaxtkı prezidenti Barak Obamanın administrasiyası ilə imzalanmışdı. Saziş İsrailə hər il 4 milyard dollar hərbi yardım ayrılmasını nəzərdə tuturdu. “Axios” qeyd edir ki, İsrail gələcəkdə bundan az olmayan məbləği almağa çalışacaq.

İsrailli rəsmilər narahatdırlar ki, yeni saziş üzrə danışıqları demokratlar və respublikaların Qəzza zolağında İsrailin fəaliyyətinə dair narazılığı çətinləşdirəcək. Bundan əlavə, İsrail tərəfi növbəti versiyaya bir sıra dəyişikliklərin daxil edilməsini təklif edir. Sazişin müddətinin 20 ilə uzadılmasına əlavə olaraq, İsrail ayrılan vəsaitin bir hissəsinin ABŞ ilə birgə tədqiqat və inkişaf işlərinə yönəldilməsini istəyir. Buraya müdafiə sahəsində süni intellektin tətbiqi və ya ABŞ-nin “Dəmir qübbə” ballistik raketdən müdafiə sistemi üzrə əməkdaşlıq kimi istiqamətlər daxildir.

Chosen
22
banker.az

1Sources