EN

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 0,85 ABŞ dolları və ya 1,3% artaraq 66,28 dollar olub.

Neft bazarındakı mənbələrin məlumatına görə, hərraclarda "Brent" markalı neftin yanvar fyuçersləri 62,2 dollar səviyyəsində formalaşıb.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light"ın bir barelinin dəyəri də 0,84 dollar və ya 1,33% yüksələrək 63,22 dollar təşkil edib.

Azərbaycanın dövlət büdcəsində 2024-cü il üçün neftin baza qiyməti 70 dollar nəzərdə tutulub.

"Azeri Light"ın tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, maksimumu isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.

Azərbaycan nefti əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilir. Layihənin operatoru BP olsa da, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) konsorsiumda 31,65% paya malikdir.

Aytac

Chosen
57
50
anews.az

10Sources