EN

Azərbaycanda fəaliyyətini bərpa etmiş klub sponsorluq təklif(lər)i aldı

2023-cü ildə fəaliyyətini bərpa edən və o tarixdən bəri II Liqada mübarizə aparan «Dinamo» sponsorluq danışıqları aparır.

Bu barədə Sportinfo.az-a klubun İdarə Heyətinin sədri Yaşar Seyidov məlumat verib.

Təcrübəli idarəçinin sözlərinə görə, hazırda bəzi yerli və xarici şirkətlələrlə dəyirmi massa arxasına keçiblər. O, görüşmələrin müsbət axarda davam etdiyini bildirib:

«Dinamo» İkinci Liqada üçüncü mövsümünü keçirir. Builki məqsədimiz çempionatda yerimizi qorumaqdır.

Çünki komandamızın özəyini təcrübəsiz gənclər təşkil edir. Onlar böyük futbol yolunda ilk addımlarını atırlar.

Digər tərəfdən, klubumuz indiyədək ciddi maliyyə dəstəyi almadan fəaliyyət göstərib. Ümid edirik ki, bundan sonra belə olmaz.

Hər halda «Dinamo»ya maraq göstərən, onun perspektivinə inanan sponsorlar var. Bəzi təkliflər almışıq.

Hazırda onları müzakirə edirik. Müəyyən şərtlər daxilində anlaşma mümkündür.

Əslində, bu danışıqlar neçə vaxtdır gedir. Hər şeyin «Dinamo» üçün yaxşı olacağına inanırıq».

Chosen
277
50
sportinfo.az

10Sources