“Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxsi ali təhsil müəssisələri üçün “Microsoft” lisenziyalarının alınması üçün 251 835 AZN sərf edəcək.
Pravda.az-ın xəbərinə görə, Fond bu işi “Azedunet” MMC-yə verib.
Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Qeyd: Nizamnamə kapitalı 6 340 000 AZN olan şirkətin qanuni təmsilçisi Natiq Rza oğlu Yəhyayevdir.
Cabir
Tarix: 14 Noyabr 2025, 09:43