EN

Təyyarə qəzasından sonra Yunanıstandan şok paylaşım - Silməyə məcbur oldular

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin  Azərbaycandan qayıdarkən Gürcüstan səmasında qəzaya uğramasından sonra Ankara ilə Afina arasında qalmaqal yaranıb.

“Yeni Sabah” xəbər verir ki, Türkiyə 20 şəhidinə görə yas içində olduğu bir vaxtda Yunanıstan Hərbi Hava Qüvvələrinin rəsmi hesabında etiraz doğuran paylaşım edilib.

Belə ki, türk C-130 təyyarəsinin qəzaya uğramasından sonra Yunanıstan Hərbi Hava Qüvvələri C-130 təyyarələrinin görüntüsünü “Günün fotosu” qeydi ilə yayımlayıb.

Bu paylaşım qısa müddətdə türk istifadəçilərinin sərt etirazına səbəb olub.

Hadisədən sonra Türkiyə Xarici İşlər Nazirliyi Afinaya şifahi nota verib.

Gələn reaksiyalardan sonra Yunanıstan Hərbi Hava Qüvvələri həmin paylaşımı silib. Ardınca ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Türkiyəyə ünvanladığı başsağlığı məktubu rəsmi olaraq yayımlanıb.

Qeyd edək ki, Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsi noyabrın 11-də Azərbaycandan qayıdarkən Gürcüstan ərazisində qəzaya uğrayıb. Nəticədə göyərtədə olan 20 hərbçi həlak olub.

 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Chosen
84
2
yenisabah.az

3Sources