EN

DÇ-2026: Fransa və İngiltərədən qələbə

DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsində IX tura start verilib.

Msport.az xəbər verir ki, ilk oyun günündə D, F, I, K qruplarında ümumilikdə 8 qarşılaşma baş tutub.

Azərbaycan millisinin yer aldığı D qrupunda Fransa yığması doğma meydanda Ukraynanı qəbul edib. İngiltərə millisi evdə Serbiya, İtaliya isə səfərdə Moldova ilə üz-üzə gəlib.

 

DÇ-2026-nın seçmə mərhələsi

 

D qrupu

21:00. Azərbaycan – İslandiya – 0:2

23:45. Fransa – Ukrayna – 4:0

Xal durumu: Fransa – 13, Ukrayna – 7, İslandiya – 7, Azərbaycan – 1.

 

F qrupu

21:00. Ermənistan – Macarıstan – 0:1

23:45. İrlandiya – Portuqaliya – 2:0

Xal durumu: Portuqaliya – 13, Macarıstan – 8, İrlandiya – 7, Ermənistan – 3.

 

I qrupu

21:00. Norveç – Estoniya – 4:1

23:45. Moldova – İtaliya – 0:2

Xal durumu: Norveç – 21, İtaliya – 18, Estoniya – 4, Moldova – 1.

 

K qrupu

23:45. Andorra – Albaniya – 0:1

23:45. İngiltərə – Serbiya – 2:0

Xal durumu: İngiltərə – 21, Albaniya – 14, Serbiya – 10, Andorra – 1.

Chosen
28
12
msport.az

10Sources