EN

ABŞ-nin Azərbaycandakı səfirliyinə təlimat gəldi: Bu şəxslərə viza verilməyəcək

ABŞ administrasiyası xərçəng, piylənmə, diabet və ürək-damar xəstəliklərini viza verilməsindən imtina edilməsi üçün əsaslar siyahısına daxil edib.

“Cebheinfo.az” bu barədə "The Washington Post" qəzetinə istinadən yazır.  Qəzetin sənədə istinadən verdiyi məlumata görə, Dövlət Departamenti 6 noyabrda ABŞ-nin dünya üzrə diplomatik nümayəndəliklərinə müvafiq direktiv göndərib.

Dövlət katibi Marko Rubio tərəfindən imzalanan təlimatda viza məmurlarının müraciət edənlərin sağlamlıq vəziyyətini nəzərə almaları tələb olunduğu bildirilir. Direktivdə deyilir ki, müəyyən tibbi vəziyyətlər, o cümlədən, ürək-damar tənəffüs  yolları xəstəlikləri, xərçəng, diabet, metabolik və nevroloji xəstəliklər, əqli sağlamlıq pozğunluqlarının müalicə xərclərinə yüz minlərlə dollar tələb edə bilər.

Sənəddə xüsusilə qeyd olunur ki, piylənmə mənfi amil hesab edilməlidir, çünki o, yuxu apnesinə, hipertoniyaya və klinik depressiyaya səbəb ola bilər. Tibbi meyarlara əlavə olaraq, konsulluq məmurlarından müraciət edənlərin yaşını, asılı şəxslərin sayını və hər hansı xüsusi ehtiyaclarını və ya əlilliyini nəzərə almaq tələb olunur.

Nəşrin məlumatına görə, sənəd Dövlət Departamentinin siyasət rəhbərliyi tərəfindən müvafiq mütəxəssislərlə standart təsdiq prosesini keçmədən hazırlanıb. Virciniya ştatının Reston şəhərindən olan immiqrasiya üzrə vəkil Vik Qoel qeyd edib ki, yeni qaydalar səfirliklərə ümumi tibbi vəziyyətlərə əsasən vizaları rədd etmək üçün geniş səlahiyyət verir.

Ağ Evin mətbuat katibi Anna Kelli bildirib ki, bu təcrübə 100 ildir mövcuddur və xarici vətəndaşların Amerika vergi ödəyiciləri üçün maliyyə yükünə çevrildiyi vəziyyətlərin qarşısını almağa yönəlib. O, əlavə edib ki, Tramp administrasiyası bu siyasəti tam şəkildə həyata keçirir və amerikalıların maraqlarını birinci yerə qoyur.

Xəzər

“Cebheinfo.az”

Chosen
79
50
cebheinfo.az

10Sources