EN

ABŞ Alyaskada neft hasilatına qoyulan məhdudiyyətlərin qaldırıb

ABŞ prezidenti Donald Trampın administrasiyası sələfi Co Bayden dövründə Alyaskada neft və qaz hasilatına qoyulan məhdudiyyətlərin qaldırılmasını təsdiqləyib...

Poliqon-nun Reuters agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ daxili işlər naziri Duqlas Burqum məlumat verib.

Burqumun sözlərinə görə, bu qərar Alyaskanın enerji potensialını açacaq, şimal bölgəsinin sakinləri üçün iş yerləri yaradacaq və ölkənin yanacaq təhlükəsizliyini gücləndirəcək.

Bu ilin oktyabr ayında Tramp administrasiyası Alyaska sahillərində yeni neft və qaz yataqlarının işlənməsini qadağan edən qadağanı ləğv edib. Yanvar ayında Alyaska rəsmiləri Bayden administrasiyasını ABŞ-ın dəniz sahillərində məhdud neft qazma hüquqları verdiyinə görə məhkəməyə veriblər. Onlar əvvəlki administrasiyanın qərarının gələcək neft kəşfiyyatı və qazma işlərini ciddi şəkildə məhdudlaşdıracağına inanırdılar.

Poliqon.info

Chosen
27
poliqon.info

1Sources