EN

DÇ-2026-ya növbəti vəsiqələr kimlərin olacaq?

DÇ-2026-nın Avropa zonasında seçmə oyunlar davam edir.

Publika.az xəbər verir ki, bu gün daha 3 qrupda görüşlər baş tutacaq.

A qrupunda Almaniya millisi Lüksemburqun qonağı olacaq. Slovakiya isə Şimali İrlandiya ilə üz-üzə gələcək.

G qrupunda Niderland səfərdə Polşa ilə qarşılaşacaq."Zambaqlar ölkəsi"nin təmsilçisi qələbə qazanacağı təqdirdə mundiala vəsiqə qazanacaq. Finlandiya isə Maltanın qonağı olacaq.

L qrupunda isə azarkeşləri maraqlı qarşılaşma gözləyir. Xorvatiya Farer adalarını qəbul edəcək. Ev sahibləri qələbə qazancağı təqdirdə DÇ-2026-ya yollanacaq. Qonaqların da pley-offdan mundiala yollanmaq şansı var. Bunun üçün onlar qalib gəlməli və istirahət edəcəkləri sonuncu turda isə Çexiyanın Cəbəllütariqlə görüşdə büdrəməsini gözləməlidirlər.

Chosen
20
publika.az

1Sources