EN

Paşinyan “Tramp marşrutu”nun icarə şərtləri ilə bağlı danışıb

“Tramp marşrutu”nun icarə şərtləri investisiyalar və onların geri qaytarılması ilə bağlıdır.

Missiya.Az "Sputniknews"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən regional təhlükəsizlik konfransında danışıb.

Onun sözlərinə görə, Ermənistan ABŞ ilə “Tramp marşrutu”nun 49 və ya 99 il müddətinə icarəyə verilməsinin iki ssenarisini müzakirə edir. 

Ermənistanın Baş naziri izah edib ki, Ermənistan tərəfi bu müzakirələrdə siyasi komponent görmür; onlar sırf maliyyə və iqtisadi xarakter daşıyırlar. İcarə şərtləri yalnız investisiyanın geri qaytarılması üçün lazım olan vaxtdan asılıdır.

İlahə Qənbərli

Missiya.Az

Chosen
129
16
missiya.az

10Sources