EN

Agentlik rəsmisi: Hazırda 27 min tələbə peşə təhsili alır

BAKI, 14 noyabr. TELEQRAF

“Artıq dörd ildir keçirilən bu festivalda peşə təhsilindəki yeniliklər və tərəfdaşlıqlar təqdim olunur. Peşətəhsilində dövlət və özəl tərəfdaşların rolu vacibdir”.

Teleqraf xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən Səmnar Məmmədov “Bir Peşənin Sirri” festivalında çıxışı zamanı deyib.

O bildirib ki, peşə təhsili dəyişir, yenilənir:

“Birinci istiqamət infrastrukturla bağlıdır. Hər il yeni peşə təhsil müəssisələri istifadəyə verilir, yeni infrastruktur qurulur. Təhsilin məzmunu da yenilənir. 2011-ci ildən etibarən peşə təhsilinin əhatəsi 113 faiz artıb.

Bu sahədə dövlət-özəl tərəfdaşlığı mühüm rol oynayır. Hazırda 27 min tələbə peşə təhsili alır”.

Onun sözlərinə görə, 2027–2030-cu illərdə peşə təhsili əhatəsinin genişləndirilməsi prioritet olacaq:

“Artan əmək bazarı tələbi fonunda hər il yeni təhsil proqramları və dərsliklər hazırlanır, artıq 70-ə yaxın yerli və xarici dərslik nəşr olunaraq istifadəyə verilib”.

Chosen
60
29
teleqraf.com

10Sources