EN

Kiyevə hava hücumu olub, ölənlər və xəsarət alanlar var

Rusiya ordusunun noyabrın 14-nə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə çoxkombinasiyalı hava hücumu nəticəsində azı 3 mülki şəxs həlak olub, 26 nəfər isə xəsarət alıb.

AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, gecə saatlarında hava hücumundan müdafiə sistemi işə düşüb, partlayış səsləri eşidilib. Hava hücumu zamanı müxtəlif tipli, o cümlədən ballistik raketlərdən, zərbə dronlarından istifadə edilib. Zərərsizləşdirilən dronlar və raketlər Kiyevin bəzi yaşayış binalarında yanğına səbəb olub.

Kiyev şəhər meri Vitali Kliçko “Teleqram” səhifəsində yazıb ki, hava hücumu nəticəsində ilkin məlumata görə, Podol, Şevçenko, Dneprovsk, Desnyansk rayonlarının çoxmərtəbəli binalarında dağıntılar qeydə alınıb. Azı 3 nəfər həlak olub, 26 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri 10 yaşlı uşaqdır. Yaralılardan 9-u xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir. Hazırda dağıntıların təmizlənməsi davam edir, ölən və xəsarət alanlarla bağlı rəqəmlərin dəyişəcəyi istisna edilmir.

Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, Kiyevə hava hücumu nəticəsində 40 mülki insanın həyatı xilas olunub.

Chosen
12
3
azerbaijan-news.az

10Sources