EN

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

BAKI,TurkicWorld

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Vüqar Vahid oğlu Novruzov bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

TurkicWorld xəbər verir ki, icra başçısını Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. V.Novruzov ona göstərilən etimada görə minnətdarlıq edib.

Chosen
24
49
turkic.world

10Sources