EN

Zelenski dostuna görə çətin duruma düşdü İki ölkədən sərt həmlə

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Macarıstan və Slovakiya Avropa İttifaqının (Aİ) dondurulmuş Rusiya aktivlərindən istifadə edərək Kiyevə kredit verilməsinə mane ola bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildilib ki, səbəb Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) “Enerqoatom” ətrafında çirkli pulların yuyulması sxemi ilə bağlı həyata keçirdiyi “Midas” əməliyyatıdır:

“Onlar bu qalmaqaldan təşəbbüsü rədd etmək üçün bəhanə kimi istifadə edə bilərlər. Digər ölkələrin də kreditin səhv əllərə keçə biləcəyindən ehtiyat etməsi, vəsaitlərin istifadəsi ilə bağlı sərt şərtlər qoyması mümkündür”.

Qeyd edək ki, Ukraynadakı əməliyyatın fiqurantlarından biri biznesmen Timur Mindiçdir. “Kvartal 95” firmasının həmsahibi həm də prezident Volodimir Zelenski ilə yaxın münasibətləri ilə tanınır.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
49
globalinfo.az

1Sources