EN

Paşinyan İlham Əliyevlə danışıqların yeni təfərrüatlarını açıqladı

Danimarkada Ermənistan və Azərbaycan liderləri ilk növbədə "Tramp marşrutu" üzrə elektrik xətlərinin və qaz kəmərinin tikintisini müzakirə ediblər. Bu barədə Ermənistan baş naziri İrəvanda keçirilən konfransda məlumat verib.

"Gizlətmirəm, biz Azərbaycan prezidenti ilə Kopenhagendə bu məsələni qaldırdıq və ilkin olaraq razılaşdıq ki, ən tez elektrik xətlərinin və qaz kəmərinin tikintisi baş tutacaq", - deyə o bildirib.

Paşinyan ümid edir ki, gələcək müzakirələr zamanı bu məsələ daha konkret şəkil alacaq. Baş nazir ümumilikdə hesab edir ki, "layihənin həyata keçirilməsində heç bir maneə yoxdur".

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar. ABŞ prezidentinin sözlərinə görə, Ermənistan Azərbaycana Naxçıvanla quru əlaqəsi qurmaq üçün nəzərdə tutulan marşrutun inkişafı üçün ABŞ-a eksklüziv uzunmüddətli hüquqlar verəcək. Amerika tərəfi infrastruktura və idarəetməyə cavabdeh olan konsorsiuma torpağı subicarəyə verməyi planlaşdırır.

Almaz Həsənli

Chosen
13
oxumeni.az

1Sources