EN

Goranboy RİH də vətəndaşların müraciətləri dinlənildi FOTOLAR

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Goranboy Rayon İcra Hakimiyyətinin inzibati binasında  və yaşayış məntəqələrində vətəndaşların qəbulları keçirilir, onların problem və müraciətləri dinlənilir.

"Unikal" xəbər verir ki, bu məqsədlə Goranboya RİH inzibati binasında, Rayon İcra Hakimiyyətinin Başçısı və İcra Başçısı Aparatının məsul əməkdaşları, xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və yerli bələdiyyələrin iştirakı ilə nöbvəti qəbul keçirilib. 

Qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilib. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə, xidmət sahələrinin rəhbərləri ilə birgə müzakirələr aparılıb və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədəmüvafiq hesab edilib. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
1
unikal.az

2Sources