EN

Qalkinin addımı İsraildə qəzəb doğurdu: həbs edilə bilər

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

İsrail Milli Təhlükəsizlik Nazirliyi rusiyalı komediya aktyoru Maksim Qalkin ilə bağlı araşdırmaya başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

“Araşdırmaya səbəb noyabrın əvvəlində komediyaçının Petah Tikvadakı konsertində baş verən insident olub. Çıxışından sonra Qalkin ukrayna dilində bir neçə cümlə səsləndirib, daha sonra tamaşaçıdan Ukrayna bayrağını alaraq onun üzərini İsrail bayrağı ilə örtüb. Bu davranış israilli fəalların hiddətinə səbəb olub. Onlar bunu milli simvolun təhqiri kimi qiymətləndirərək, Qalkin barəsində araşdırma aparılması və tədbir görülməsi üçün müvafiq qurumlara müraciət ediblər”, – deyə bildirilib.

“Mash” qeyd edib ki, İsrail qanunlarına görə, dövlət rəmzlərinin qəsdən təhqir edilməsi üç ilədək həbs və ya 15 min dollara qədər cərimə ilə cəzalandırılır.

Günel Cəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
globalinfo.az

1Sources