EN

Əhalinin əczaçılıq məhsullarına çəkdiyi xərc 24%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarətşəbəkəsində istehlakçılara 1,285 milyard manatlıq əczaçılıqməhsulları və tibbi ləvazimatlar satılıb.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə 24,2% çoxdur.

Əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə ticarətdövriyyəsinin yekunda xüsusi çəkisi 2,4% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndəticarət şəbəkəsində istehlakçılara 52,616 milyard manatlıq, ocümlədən 28,664 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütünməmulatları, 23,951 miolyard manatlıq qeyri-ərzaq mallarısatılıb.

2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndəticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaqməhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaqmalları üzrə 6,7 faiz artıb.

Chosen
156
5
az.trend.az

7Sources