EN

" Rhenus Logistics" Orta Dəhliz boyunca fəaliyyətini genişləndirir və rəqəmsallaşmanı gücləndirir (ÖZƏL)

Bakı. Trend:

Multimodal daşımalar və təchizat zəncirlərinin idarə edilməsiilə məşğul olan Almaniyanın “Rhenus Logistics” beynəlxalq logistikaqrupu Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiyanı əhatə edənuzunmüddətli regional strategiyası çərçivəsində Orta Dəhliz boyuncafəaliyyətini tədricən genişləndirir.

Bunu Trend-əmüsahibəsində “Rhenus Logistics”in nümayəndəsi bildirib.

Şirkətdən verilən məluamta görə, Azərbaycan bu dəhlizdə həmtranzit ölkə, həm də Asiya ilə Avropanı birləşdirən, inkişaf edənlogistika mərkəzi kimi mərkəzi rol oynayır. Xüsusilə, Bakı Limanıvə onun infrastrukturu dəhlizin əsas elementlərindən biridir və“Rhenus Logistics” bu dəyişiklikləri diqqətlə izləyir, ölkədəinvestisiya imkanlarını qiymətləndirir.

“Rhenus Logistics” Transxəzər Dəhlizi boyunca logistikaşəbəkəsini gücləndirir

2024-cü ildə Bakıda nümayəndəliyini hüquqi şəxsə çevirdikdənsonra, “Rhenus” ölkə üzrə bir sıra yeni investisiya layihələrininəzərdən keçirməyə başlayıb. Bunlar arasında hazırda qiymətləndirməmərhələsində olan liman logistikası ilə bağlı layihə də var və

“Hazırda konkret detalları açıqlamaq mümkün deyil, lakintəşəbbüs Rhenus qrupunun Azərbaycanda multimodal və dənizəlaqələrini gücləndirmək niyyətini əks etdirir. Layihə analizmərhələsindədir və yoxlama başa çatdıqdan sonra növbəti addımlarmüəyyən ediləcək.

Fərdi layihələrlə yanaşı, “Rhenus” dəniz, dəmir yolu vəavtomobil nəqliyyatını effektiv və davamlı şəkildə birləşdirəninteqrasiya olunmuş multimodal həllərin hazırlanmasına hədəflənib.Bu, yükaşırma məntəqələrinin modernləşdirilməsini, yeni anbarlarınyaradılmasını və gömrük, liman və dəmir yolu proseslərinin rəqəmsalinteqrasiyasını əhatə edir”, - deyə şirkətdə bildirilib.

“Rhenus Logistics” müştərilər, tərəfdaşlar və dövlət orqanlarıilə sıx əməkdaşlıq edir və real tələb olan sahələrdə investisiyaqoyur, məqsəd isə Azərbaycanın iqtisadi inkişafını dəstəkləmək vəTransxəzər Dəhlizi boyunca etibarlı və dayanıqlı logistikainfrastrukturu yaratmaqdır.

Azərbaycan multimodal təchizat zəncirində əsas körpükimi

“Transxəzər dəhlizi qlobal tədarük zəncirləri üçün stratejişaxələndirmə və dayanıqlılığı təmin edir. O, Çin, Mərkəzi Asiya vəAvropanı Xəzər dənizi vasitəsilə birləşdirən alternativ marşruttəqdim edir, şimal marşrutlarından asılılığı azaldır və tranzitvaxtını daha proqnozlaşdırıla bilən edir. Bir çox yük göndərənlərüçün bu, geosiyasi risklərdən asılı olmadan fəaliyyət göstərmək vədəyişən şəraitdə nəqliyyatın fasiləsizliyini təmin etməkimkanıdır.

Azərbaycan Asiya və Avropa arasında körpü kimi mərkəzi roloynayır. Potensial böyükdür: ölkə artıq səmərəli multimodaləlaqələr qurmaq qabiliyyətini nümayiş etdirib. Məsələn, Bakıyagələn yük dəmir yolu vasitəsilə Gürcüstana və oradan Qara dənizə vəya Türkiyəyə bir neçə saat ərzində göndərilə bilər ki, bu da şimalmarşrutları ilə müqayisədə vaxta əhəmiyyətli dərəcədə qənaəti təminedir", – deyə “Rhenus Logistics” nümayəndəsi vurğulayır.

Bu səmərəlilik dəhlizi ticarətin şaxələndiirlməsi və Avrasiyaregionunda logistikanın dayanıqlılığının gücləndirilməsi üçüngetdikcə daha cəlbedici edir.

"Ancaq marşrut infrastruktur və əməliyyat problemləri iləüzləşir, məsələn, infrastrukturun parçalanmış olması və darməntəqələrin mövcudluğu. Bir çox yerlərdə müasir terminallar,intermodal mərkəzlər və koordinasiya olunmuş sərhəd-keçidprosesləri mövcud deyil ki, bu da tranzit vaxtının uzanmasına səbəbola bilər.

Texniki çətinliklər də qalır: dəmir yolunun rels genişliyindəfərqlər, məhdud hərəkət qabiliyyətli vaqon parkı və böyük şəhərlərarasındakı məsafələr əməliyyatların planlaşdırılmasınıçətinləşdirir. Bundan əlavə, milli qanunvericilik aktları, tarifsistemləri və inzibati prosedurlardakı fərqlər irəliləyişi ləngidirvə daha sıx regional əlaqələndirməni tələb edir. Yük göndərənlərinmarşrut boyunca proqnozlaşdırıla bilmə və şəffaflıqla bağlı artangözləntiləri eyni dərəcədə önəmlidir",- deyə şirkətdən qeydediblər.

Nəticə etibarı ilə, Transxəzər dəhlizinin əsas üstünlükləriəlaqəlilik, proqnozlaşdırıla bilmə və şaxələndirmədir. Əsas vəzifəbu güclü tərəfləri tam uyğun, etibarlı və iqtisadi cəhətdənrəqabətədavamlı logistika marşrutuna çevirməkdir – bu, “Rhenus”unuzunmüddətli sərmayələr, yerli əməkdaşlıq və texniki ekspertizavasitəsilə hədəflədiyi məqsəddir.

“Rhenus Logistics”in Çin–Azərbaycan–Avropa marşrutu üzrəyükdaşıma həcmləri ilə bağlı proqnozu

“Şirkət Çin–Azərbaycan–Avropa marşrutu üzrə yükdaşımalarhəcminin yüksək və dayanıqlı artım potensialını görür. Qlobaltəchizat zəncirlərinin şaxələndirilməsi və şirkətlərin daşımalarüçün daha dayanıqlı həllər axtarması ilə Transxəzər dəhlizi ehtiyatvariantından əsas ticarət marşrutuna çevrilib.

Son iki ildə Transxəzər marşrutu üzrə konteyner trafiki ildətəxminən 35–40% artaraq 2024-cü ildə 3,2 milyon tona çatmışdır, buda 2022-ci ildəki 1,5 milyon tonla müqayisədə əhəmiyyətli artımdeməkdir. Bakı, Aktau və Kurık kimi əsas hablara davamlıinvestisiyalar və Qazaxıstan, Azərbaycan və Gürcüstan arasındadəmir yolu əlaqələrinin təkmilləşdirilmiş koordinasiyasını nəzərəalsaq , 2030-cu ilə qədər yük daşımaları həcminin ikiqat artacağıgözlənilir”,- deyə “Rhenus Logistics” nümayəndəsi qeyd edir.

Liman və dəmir yolu infrastrukturunun əlavə inkişafı ilə yanaşıeffektiv multimodal koordinasiya yaxın illərdə yükdaşıma həcmininartımını stimullaşdırmağa davam edəcək.

“Rhenus”un regionda və əsas terminallarda aktiv fəaliyyətişirkətə bu artımı dəstəkləməyə və dəhliz boyunca etibarlı,dayanıqlı logistika həlləri təqdim etməyə imkan verir.

“Rhenus Logistics” Transxəzər dəhlizininrəqəmsallaşmasını gücləndirir

“Rəqəmsallaşma “Rhenus” qrupunun logistika strategiyasının əsaselementidir, bu, qrupun həm Azərbaycandakı, həm də bütün Transxəzərdəhlizi boyunca fəaliyyətini əhatə edir. Perspektivliistiqamətlərdən biri, gömrük, liman və dəmir yolu strukturlarınıvahid platformada birləşdirən dəhliz idarəetmə sistemlərinintətbiqidir.

Belə sistemlər çatışmazlıqların qarşısını almağa, proseslərinreal vaxtda görünməsini təmin etməyə və daha səmərəli keçidqabiliyyətinin planlaşdırılması üçün proqnozlaşdırıcı analitikadanistifadə etməyə kömək edir”, – deyə şirkətdən bildiriblər.

“Şirkət bu təcrübəni regionda tətbiq etməklə, yüklərin emalvaxtını və xərcləri azaltmaq,və beləcə Transxəzər marşrutunualternativ marşrutlarla müqayisədə daha rəqabətqabiliyyətli etməkniyyətindədir.

Rəqəmsallaşma dayanıqlılıqla sıx bağlıdır. “Rhenus” 2015-ciildən Azərbaycanda fəaliyyətə başladığından, şirkət xidmətspektrini avtomobil daşımalarından dəmir yolu komponentlimultimodal xidmətlərə genişləndirərək emissiyaları azaldıb və gücimkanlarının səmərəli istifadəsini artırıb.

Bakıda keçirilən COP29 çərçivəsində “Rhenus” ekoloji təmizelektrik yük maşını ilə yerli logistika əməliyyatlarınıdəstəkləyərək əyani olaraq nümayiş etdirib ki, praktikinnovasiyalar daha təmiz və səmərəli logistikaya töhfə verir”, –deyə “Rhenus Logistics” nümayəndəsi yükunlaşdırıb.

Məqalədə:
Chosen
115
3
az.trend.az

4Sources