Növbəti köç karvanı Xocalının Xanyurdu kəndinə çatıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu mərhələdə Xanyurdu kəndinə 12 ailə - 34 nəfər köçürülüb.