EN

Bu bölgədə müharibə başlayır - ABŞ elan etdi

Karib dənizində müharibə getdikcə qaçılmaz hal alır. ABŞ-ın yüksək vəzifəli hərbi rəsmiləri Donald Trampa "yenilənmiş hərbi seçimlər" təqdim ediblər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın "CBS News" kanalı məlumat yayıb.

Bildirilib ki, hərbi rəsmilər Ağ Evdə ABŞ prezidenti ilə görüş keçiriblər. Görüş zamanı Venesueladakı mövcud vəziyyət müzakirə edilib və bu ölkəyə hücum da daxil olmaqla bütün yenilənmiş hərbi seçimlər Trampa çatdırılıb. Həmçinin, Karib bölgəsi üçün təhlükəsizlik tədbirləri də müzakirə edilib.

Qeyd olunur ki, görüşdə ABŞ-ın müdafiə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn və digər yüksək vəzifəli rəsmilər iştirak ediblər. Lakin Venesuela ilə bağlı yekun qərar qəbul edilməyib.

Chosen
8
6
publika.az

7Sources