ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
İran Prezidenti Məsud Pezeşkian parlamentdə çıxışında bildirib ki, İslam Respublikasının sabitliyi tam şəkildə ali lider Əli Xameneyinin təhlükəsizliyindən asılıdır.
O xəbərdarlıq edib ki, Xameneiyə qarşı mümkün hücum ölkədə “daxili çöküş və parçalanma” yarada bilər.
Pezeşkian iyun ayında baş vermiş İran–İsrail müharibəsinə toxunaraq deyib ki, həmin dövrdə onun əsas narahatlığı məhz ali rəhbərə hücum halında ölkə daxilində qarşıdurmanın alovlanması olub.
Prezidentin sözlərinə görə, hakimiyyətin zəifləməsi üçün xarici müdaxilə yox, daxili fikir ayrılıqları kifayətdir. O, siyasi qrupları birliyə çağıraraq daxili gərginliyin ölkə üçün ən böyük təhdid olduğunu vurğulayıb.
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.