EN

Oktyabrda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb

2025-ci ilin oktyabrında Azərbaycanda qarabaşaq yarmasının, mal və qoyun ətinin, mal ətindən konservlərin, balıq və balıq məhsullarının, yumurtanın, ayranın, kəsmiyin, pendirin, kərə yağının, bananın, armudun qiymətlərində artım qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Eyni dövrdə limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, üzümün, kivinin, qozun, şabalıdın, göyərtinin, balqabağın, sarımsağın, soğanın  qiymətləri isə ucuzlaşıb.

Qeyri-qida məhsulları arasında oktyabrda geyimlərin, şəxsi gigiyena və zərgərlik məmulatları bahalaşıb, yuyucu və təmizləyici vasitələrin qiymətlərində ucuzlaşma müşahidə olunub.

Gülnar Nazimqızı 

Chosen
102
anews.az

1Sources