EN

Prezident korrupsiyaya qarşı sərt mövqeyini bir daha ortaya qoydu- ÖZƏL

"Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı söylədiyi fikirlər dövlət idarəçiliyində yeni mərhələnin formalaşdığını bir daha göstərdi. Prezidentin çıxışı xalqa xidmət, şəffaflıq və məmurların məsuliyyət hissinin artırılması üzərində idi. Dövlətimizin başçısı yeni təyin olunan rəhbərlərə xatırlatdı ki, dövlət vəzifəsi ilk növbədə xalqın etimadına söykənir və bu etimadı yalnız dürüst, ədalətli və fədakar fəaliyyətlə qazanmaq mümkündür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Prezident korrupsiyaya qarşı sərt mövqeyini bir daha vurğulayaraq məmurun davranış mədəniyyətinə dair açıq tələblər irəli sürdü. Dövlət başçısı bildirdi ki, təkəbbür, qanunsuzluq və şəxsi maraqlar yalnız dövlət siyasətinə zərbə vurmaqla kifayətlənmir, eyni zamanda vətəndaşların dövlətə inamını sarsıdır. Bu yeni idarəçilik modelində şəffaflıq və hesabatlılığın prioritet məsələlərdən biri olduğunu bir daha göstərir. Eyni zamanda Prezident bölgələrdə infrastrukturun inkişafı, sosial rifahın yüksəldilməsi və məşğulluğun təmin olunması istiqamətində işlərin davam etdirilməsinin əhəmiyyətini xüsusi vurğuladı. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, məmur vətəndaşa yaxın olmalı, onun problemlərinin həllinə yönəlməlidir. Bu, xalqa xidmət prinsipi üzərində qurulan idarəçilik fəlsəfəsinin canlı təzahürüdür və dövlət idarəçiliyində yeni keyfiyyət standartlarının tətbiqinə işarədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
38
olaylar.az

1Sources