EN

Mədəniyyət naziri beynəlxalq konqresdə iştirak edir

Bakı.Trend:

13-15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkəndşəhərində “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusundabeynəlxalq konqres keçirilir.

Trend xəbərverir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Özbəkistan İslam Sivilizasiyası Mərkəzində işinəbaşlayan konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi iləAzərbaycan nümayəndə heyəti də iştirak edir.

Tədbir iştirakçıları əvvəlcə İslam Sivilizasiyası Mərkəzindəmuzey eksponatlarından ibarət sərgi ilə tanış olublar. Sonrasənədli film nümayiş etdirilib. Özbəkistan RespublikasınınPrezidenti Şavkat Mirziyoyevin beynəlxalq konqres iştirakçılarınamüraciəti oxunub.

Konqres daha sonra plenar iclasla davam edib.

Chosen
38
9
az.trend.az

10Sources