EN

Milli Məclisin nümayəndə heyəti MDB PA-nın iclaslarında iştirak edib

Bakı. Trend:

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, deputatlar Farizİsmayılzadə, Bəxtiyar Əliyev, Nizami Səfərov və Sabir Hacıyev MDBPA-nın Şura, plenar və daimi komissiyalarının iclaslarında iştiraketmək üçün Tacikistanın Düşənbə şəhərində səfərdə olublar.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Milli Məclisin deputatları MDBPA Şurasının, həmçinin Siyasi məsələlər və beynəlxalq əməkdaşlıqüzrə daimi komissiyasının və Hüquqi məsələlər üzrə daimikomissiyasının iclaslarında iştirak ediblər. İclaslarda bir sıramodel qanun layihələri müzakirə olunub, təşkilati məsələlərəbaxılıb.

MDB PA-nın 59-cu plenar iclasında isə “MDB iştirakçısı olandövlətlərdə dərman təminatı haqqında”, “Uşaq hüquqları üzrəmüvəkkil haqqında”, “İctimai təhlükəsizlik haqqında”,“Lisenziyalaşdırma haqqında”, “Standartlaşdırma haqqında”, “Suobyektlərindəki mədəni irs nümunələrinin dövlət mühafizəsinintəminatı haqqında” və digər model qanun layihələri müzakirə olunub,bir sıra qanunlara təklif edilən dəyişikliklərə baxılıb.

Chosen
28
4
az.trend.az

5Sources