EN

Kiyevə hücumda Azərbaycan səfirliyinin binasına da ziyan dəydi


Rusiyanın pilotsuz təyyarə və raket hücumu nəticəsində Azərbaycanın Kiyevdəki səfirliyinin binasına da ziyan dəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat veribildirib.
Onun sözlərinə görə, bina “İsgəndər” raketinin qəlpələri nəticəsində zədələnib.
Hələ ki, nə səfirlik, nə də Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə açıqlama yaymayıb.
Qeyd edək ki, 2025-ci ilin avqustunda rus qoşunlarının Kiyevə hücumu zamanı da Azərbaycan səfirliyinin binasına ziyan dəymişdi.
Xatırladaq ki, Ukraynanın paytaxtı Kiyevə böyük pilotsuz təyyarə və raket hücumu gecə yarısından sonra başlayıb.
Noyabrın 14-də gecə yarısına olan məlumata görə, 4 nəfərin öldüyü təsdiqlənib. Bununla yanaşı, 29 nəfərin yaralandığı qeydə alınıb.
Kiyev meri Vitali Kliçko yaralananlar arasında hamilə qadın və iki uşağın olduğunu bildirib.
Kiyevin müxtəlif rayonlarında onlarla ev və digər tikililər, o cümlədən tibb müəssisələri zədələnib və ya qismən dağılıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hücum xüsusi olaraq mülki şəxslərə və mülki infrastruktura maksimum ziyan vurmaq üçün hazırlanıb.
Chosen
15
4
yeniavaz.com

5Sources