EN

Rusiya “kilsəli tualet kağızı” ilə ÇALXALANIR - Baş Prokurorluq HƏRƏKƏTƏ KEÇİR

Rusiyada Pravoslav Kilsəsinə aid simvolların tualet kağızı üzərində istifadəsi ciddi narazılıq yaradıb.

Musavat.com xəbər verir ki, Dövlət Dumasının Regional Siyasət Komitəsi Vasili Blajenni məbədinin təsvir olunduğu tualet kağızı ilə bağlı sərt mövqe ortaya qoyub.

Məlumata görə, məhsulu istehsal edən “Tver Tissyu” MMC Baş Prokurorluq qarşısında izahat verməli olacaq. Deputatlar bildiriblər ki, Moskvanın kult simvollarından birinin belə şəkildə təhqiramiz istifadəsi qəbuledilməzdir.

Rəsmi qurumların açıqlamasına əsasən, məsələ artıq Rusiya Baş Prokurorluğunun nəzarətinə götürülüb və hüquqi qiymət verilməsi üçün araşdırma başlayıb.

Musavat.com

Chosen
104
musavat.com

1Sources