EN

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Asiya İnkişaf Bankının prezidenti Masato Kandanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Gundem.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığa toxunuldu, birgə layihələrin uğurlu icrası qeyd edildi. 1999-cu ildən indiyədək Asiya İnkişaf Bankı tərəfindən nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələri əhatə edən 145 kredit, qrant, investisiya və texniki yardım layihələri üzrə Azərbaycana 5,5 milyard dollar dəyərində maliyyə dəstəyinin göstərildiyi vurğulandı.

Asiya İnkişaf Bankının Azərbaycan dövləti ilə yanaşı, özəl sektorla da uğurlu əməkdaşlıq etdiyi qeyd olundu. Bu xüsusda neft-qaz, elektrik enerjisi, yol, dəmiryolu, kənd təsərrüfatı, su təchizatı, çirkab suların axıdılması və digər istiqamətlərdə icra olunan birgə layihələrə toxunuldu.

Söhbət zamanı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlərin regionun nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi üçün də böyük imkanlar yaratdığı diqqətə çatdırıldı.

Görüşdə Mərkəzi Asiya-Azərbaycan-Avropa marşrutu üzrə bağlantıların önəmi qeyd edildi. Həmçinin ölkəmizlə bank arasında yeni layihələrə toxunuldu, bu xüsusda dəmiryolu, metro şəbəkəsinin genişləndirilməsi və su təchizatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu.

 

Chosen
18
49
gundem.az

10Sources