EN

İsraildə bayraq QALMAQALI: Qalkinlə bağlı araşdırma BAŞLANDI

Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənni Maksin Qalkin İsrail Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ölkə bayrağına hörmətsizlikdə şübhəli bilinərək araşdırılır.

Musavat.com xəbər verir ki, hadisə Petah Tikvada keçirilən konsert zamanı baş verib.

Sənətçi simvolik olaraq İsrail bayrağını Ukrayna bayrağı ilə örtüb.

Mediada yayılan məlumatlara görə, İsraildəki fəallar bu jesti milli simvola təhqir hesab ediblər.

Fəallar İsrail Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinə məktub göndərərək, vəziyyətin araşdırılmasını və Qalkinin məsuliyyətə cəlb edilməsini tələb ediblər.

Qanuna görə, İsraildə dövlət bayrağının qəsdən təhqir edilməsi üç ilə qədər həbs cəzası və ya 15.000 dollara qədər cərimə ilə cəzalandırıla bilər.

Musavat.com

Chosen
18
musavat.com

1Sources