EN

Zelenski: Rusiyanın hücumunda Azərbaycan səfirliyinin binasına “İskəndər”in qəlpələri düşüb -VİDEO

Rusiyanın ötən gecə Kiyevə həyata keçirdiyi hücumda istifadə etdiyi “İskəndər” raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb.

 

Senzor.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” hesabında yazıb.

 

“Ukraynaya hücumda təxminən 430 dron və 18 raketdən istifadə edilib. Təkcə Kiyevdə onlarla yaşayış binası zədələnib. Azərbaycan səfirliyinin binasına “İskəndər” raketinin qəlpələri düşüb”, - Zelenski qeyd edib.

 

Xatırladaq ki, ötən gecə Rusiyanın Ukraynaya hücumlarında 4 nəfər ölüb, 20 nəfərdən çox insan xəsarət alıb.




Chosen
29
25
senzor.az

10Sources