EN

Mirzoyan: Ermənistanla Azərbaycan yekun sülh sazişinin imzalanması üzrə danışıqlar aparır

Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar aparılır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşdə bildirib.

Nazir qeyd edib ki, Ermənistan və Azərbaycan arasında əldə olunan Vaşinqton razılaşması artıq bir sıra praktiki nəticələr gətirib.

Chosen
19
8
apa.az

10Sources