EN

İsrail daha 15 fələstinlinin meyitini Qəzzaya təhvil verdi

İsrail daha 15 fələstinlinin meyitini Qəzzanın əl-Nasser xəstəxanasına təhvil verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Beləliklə, İsrailin Qəzza xəstəxanalarına qaytardığı fələstinlilərin meyitlərinin sayı 330 nəfərə çatıb.

Qeyd edək ki, İsrail və HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasına görə, hər bir qaytarılan israilli girovun meyiti müqabilində 15 fələstinlinin meyiti Qəzzaya təhvil verilməlidir. Bundan əvvəl HƏMAS 73 yaşlı israilli girovun meyitini İsrailə təhvil verib.

Chosen
9
5
redaktor.az

6Sources