EN

İsraildə bayraq QALMAQALI: Qalkinlə bağlı araşdırma BAŞLADI – VİDEO

İsrail Milli Təhlükəsizlik Nazirliyi Rusiyada xarici agent elan olunmuş yumorist, teleaparıcı və müğənni Maksim Qalkin barəsində araşdırmalara başlayıb.

Bizim.Media Rusiya “Telegram” kanallarına istinadən xəbər verir ki, o, ölkənin milli simvoluna hörmətsizlik etməkdə şübhəli bilinir. 

Hadisə Petah-Tikvada konsert zamanı baş verib. Qalkin konsertin sonunda çıxışı zamanı İsrail bayrağını Ukrayna bayrağı ilə örtüb.
 

İsrailli fəallar sənətçinin hərəkətini milli simvolun təhqiri kimi qiymətləndirib və ölkənin Xarici İşlər Nazirliyi ilə Milli Təhlükəsizlik Nazirliyinə müraciət edərək, vəziyyəti araşdırıb tədbir görülməsini istəyiblər.


Qeyd edək ki, İsrail qanunlarına görə, milli simvolun qəsdən təhqir edilməsi üç ilə qədər həbs cəzası və ya 15 min dollara qədər cərimə ilə nəticələnir.


Bizim.Media

Chosen
20
bizim.media

1Sources