EN

Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar təqdim olunub - Yenilənib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir...

Növbəti köç karvanı Zəngilan rayonunun Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub.

"Report" xəbər verir ki, açarların təqdim olunması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Cəbrayıl, QubadlıZəngilan rayonlarında Prezidentinin xüsusi nümayəndəliyini təmsil edən şəxslər iştirak ediblər.

***

Zəngilan rayonunun Ağalı kəndinə 41 ailə - 110 nəfər köçürülüb.

Ağalı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. (Report)

Poliqon.info

 
 

Chosen
31
45
poliqon.info

10Sources