EN

21 kq marixuana, 600 narkotik həb ələ keçdi 6 nəfər həbs olundu

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatlar nəticəsində Abşeron, Suraxanı, Sabunçu və Xəzər rayonlarında 21 kiloqram zərərli maddələrlə qarışdırılmış marixuana və 600 ədəd metadon həbi qanunsuz dövriyyədən çıxarılıb.

Bakupost.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəllər məhkum olunan Araz Firidunbəyli, Arzu Hüseynov, Nahid Mənsimov, Vüsal Əliyev, Şəmistan Rəfili və Adil Ağazadə saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, onlar istintaqla müəyyən edilən İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələrin əldə olunması və satış məqsədilə gizli nöqtələrə yerləşdirilməsini planlaşdırıblar.Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmə tərəfindən barələrində həbs qətimkan tədbiri seçilib.Əməliyyatlar davam etdirilir. Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
www.bakupost.az

1Sources