EN

“Aztelekom”da nə baş verir?

“Aztelekom”da kadr ixtisarlarının həyata keçirilməsinə qurumdan cavab gəlib.

XəzərNews.az APA-Economics-ə istinadla xəbər verir ki, MMC-dən işçi sayının optimallaşdırılması məqsədilə zərurət yarandıqca tədbirlər görüldüyü bildirilib.

2025-ci ilin əvvəlində “Onlayn Azərbaycan” layihəsinin başa çatması ilə əlaqədar işlərin yekunlaşması, habelə yeni texnologiyanın tətbiqi ilə bağlı bir sıra avadanlıq və funksiyaların aktuallığını itirməsi səbəbindən təşkilati strukturun təkmilləşdirilməsi zərurəti yaranıb.

“Aztelekom” MMC “Bakı Telefon Rabitəsi” MMC, “AzEvroTel” MMC, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi, “Azərrabitəlayihə” MMC və Sumqayıt Telekommunikasiya Qovşağının ona qoşulması nəticəsində yenidən təşkil edilib.

MMC-nin yenidən təşkili, o cümlədən “Onlayn Azərbaycan” layihəsinin uğurla başa çatması səbəbi ilə biznesin optimallaşdırılması, istehsalatın (göstərilən xidmətlərin) düzgün planlaşdırılması, xərclərin nizamlanması, o cümlədən işçi sayının optimallaşdırılması məqsədilə zərurət yarandıqca, qanunvericiliyin müvafiq tələbləri nəzərə alınmaqla tədbirlər görülməkdədir.



Xəbər 4 dəfə oxunub.
Chosen
68
8
xezernews.az

10Sources