EN

Komitə sədri Naftalanda vətəndaşların müraciətlərini dinləyib

Bakı, 14 noyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Naftalan şəhərində vətəndaşların müraciətlərini dinləyib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri qoyulub.

Noyabrın 14-də keçirilən görüşdə Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların hüquqi yardım, övladının müalicəsinə dəstək, sosial təminat, atalığın müəyyən edilməsi və digər sahələr üzrə müraciətləri dinlənilib.

Hər bir müraciət fərdi qaydada araşdırılıb, qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Əlavə araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

Chosen
37
2
azertag.az

3Sources