EN

Cari ildə qaz kəmərləri ilə 33 milyard kub-metrdən çox qaz nəql edilib

2025-ci ilin yanvar-oktyabr aylarında magistral qaz kəmərləri ilə 33 milyard 10,6 milyon kub-metr qaz nəql edilib və 2024-cü ilin yanvar-oktyabr aylarına nisbətən 0,5 faiz artım müşahidə olunub.

Teleqraf Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, qazın nəqlinin 58,0 faizi BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 19136,9 milyon kub-metr qaz ötürülüb.

2025-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 10555,6 min ton, dəniz nəqliyyatı ilə 5589,7 min ton və avtomobil nəqliyyatı ilə 8008,8 min ton yük daşınıb.

Chosen
44
1
teleqraf.com

2Sources