EN

Deputat kəndlinin örüş yerini "AZAD EDƏCƏKMİ?"

Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir. Bunu Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib. Dövlət başçısı qəti şəkildə qeyd edib ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapmalıdır. Missiya.Az xəbər verir ki, mövzu ilə bağlı "1xəbər.media"nın redaksiyasına İmişlinin Nurulu kəndindən şikayət daxil olub. Belə ki, şikayətdə Nurulu kəndinin sakinləri örüş sahələrinin zəbt edildiyini bildirlər. Kənd sakinlərinin ixtiyarında olan örüş sahəsində deputat Razi Nurullayevin kommersiya təyinatlı mal-qara bazarı tikdirdiyi iddia olunur. Bildirilir ki, zəbt edilmiş 20 hektardan çox örüş sahəsində həyata keçirilən tikinti işləri ilə bağlı icarəyə götürülən torpaq sahəsi Razi Nurullayevin köməkçisi Vüqar Süleymanovun atası Yavər Süleymanovun adına icarəyə verilib. İmişlinin deputatı da köməkçisinin ailəsindən istifadə edərək öz biznesini genişləndirir.Mövzu ilə bağlı Missiya.Az saytı olaraq deputat Razi Nurullayevin fikrini öyrənməyə çalışsaq da, o, çoxsaylı zənglərimizə cavab vermədi.

Chosen
8
2
missiya.az

3Sources