EN

Daşkənddə “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres keçirilir

13–15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres keçirilir.

Finss.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mədəniyyət Nazirliyi açıqlama yayıb.

Konqres Özbəkistanın İslam Sivilizasiyası Mərkəzində işinə başlayıb. Tədbirdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Konqres iştirakçıları əvvəlcə İslam Sivilizasiyası Mərkəzində nümayiş etdirilən muzey eksponatları ilə tanış olublar. Ardınca sənədli film təqdim edilib. Açılış zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin beynəlxalq konqres iştirakçılarına ünvanlanmış müraciəti səsləndirilib.

Beynəlxalq tədbir daha sonra plenar iclasla davam etdirilib.

Chosen
20
9
fins.az

10Sources