EN

Tərtərdə narkotiklərin satışını təşkil edən şəxs yaxalandı


Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Nəbi Nəbiyev saxlanılıb.

Saxlanılan şəxsdən 2 kiloqramdan artıq marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

N.Nəbiyevin İrandan qanunsuz yollarla gətirilən narkotiklərin Tərtər rayonu ərazisində satışını təşkil etmək istədiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Nəbiyev barəsində həbs qətimkan tədbiri seçilib.

ZÜMRÜD

Chosen
24
10
baki-xeber.com

10Sources