EN

"Bakı ilə İrəvan yekun sülh sazişinin imzalanması məsələsini müzakirə edirlər"

Hurriyyet.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşündə Ermənistanla Azərbaycanın yekun sülh sazişinin bağlanması üçün danışıqları davam etdirdiyini söyləyib. 

Onun sözlərinə görə, Vaşinqtonda əldə edilən razılaşmalar artıq nəzərəçarpacaq praktik nəticələr verir və tərəflər arasında etimadın möhkəmlənməsinə töhfə verir. Danışıqlar zamanı Ermənistan-Türkiyə münasibətlərində müsbət dinamikanın mövcudluğu da qeyd olunub.

Tərəflər Cənubi Qafqazda gərginlik dövrünün başa çatdığını və bütün regiona böyük fayda gətirə biləcək yeni imkanlar dövrünün başladığını vurğulayıblar.

Hürr Tərcüman

 

Chosen
4
hurriyyet.az

1Sources