EN

Dövlətçilik prinsipləri və idarəetmədə məsuliyyət

Ses qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

12 noyabr 2025-ci il tarixində Prezident İlham Əliyeviin vəzifə təyinatları ilə bağlı qəbulda səsləndirdiyi müddəalar, verdiyi tapşırıqlar və tövsiyyələr, rəhbər şəxslərin qarşısına qoyduğu vəzifələr dövlət quruculuğunun əsaslarının möhkəmləndirilməsi baxımından mühüm məqamları özündə əks etdirir.

İnfrastrukturun tamamlanması və regionların inkişafı ilə bağlı dövlət başçısı vurğulayıb ki, regionlarımızda əsas infrastruktur layihələri demək olar ki, tamamlanıb. O bildirib ki, dövlət investisiya proqramları, region inkişaf proqramlarının icrası uğurla gedib. Xüsusilə elektrik enerjisi üzrə vəziyyət “demək olar ki, bütün regionlarda tam normallaşıb”. Dövlətçilik prizmasından bu yanaşma bir neçə vacib şərti ortaya qoyur. Belə ki, dövlət orqanlarının regionlara yönəlmiş inkişaf siyasəti mərkəzləşmiş planlaşdırma və resursların adekvat şəkildə ayrılması ilə uzlaşdırılmalıdır. İnfrastrukturun tamamlanması vasitəsilə regionların yenidən qurulması və bərpası proseslərinin sürətləndirilməsi də bu baxımdan vacib istiqamətdir. Bu, son nəticədə mərkəz–region tarazlığının və bərabər inkişafını təmin edilməsi üçün güclü bazanın formalaşmasına şərait yaradır.

Prezident İlham Əliyev sosial problemlərin daha mükəmməl vasitələrlə həllinin vacibliyinə diqqət yetirərək bu məsələlərin regionlarda prioritet olduğunu xatırladıb. O eyni zamanda əlavə edib ki, ölkədə məşğulluq sahəsində aparılan islahatlar nəticəsində işsizlik səviyyəsi azalsa da, regionlardan paytaxta və böyük şəhərlərə miqrasiya tendensiyası qalmaqdadır.

Ölkə rəhbərinin çıxışında məşğulluq məsələlərinə diqqət dövlətin sosial siyasətinin mühüm istiqaməti kimi qiymətləndirilib. Bir sözlə, regionlarda iş yerlərinin yaradılması dövlətin bölgələrə yönəlik strategiyasının göstəricisidir. Digər tərəfdən, bu sahədə əldə olunan nailiyyətlər şəhərlərə, xüsusilə paytaxt Bakıya miqrasiyanın qarşısının alınması, regional disbalansın azaldılmasına yol açmış olur.

İdarəetmədə məsuliyyət və dövlət orqanlarının rolu mövzusu görüşdə toxunulan ən diqqətçəkən məqamlardan olub. “Hər bir məmur yolunu azdıqda qanun qarşısında cavab verəcəkdir”, deyə ciddi xəbərdarlıq edən Prezident İlham Əliyev dövlət orqanlarının, icra hakimiyyətlərinin və təyinatlı rəhbərlərin hesabatlılığını önə çəkməklə dövlət institutlarının gücləndirilməsini hədəf götürmüş olur. Demək ki, dövlətin mərkəzində olan idarəçilik prinsipi həm də “hər bir məmur xalqın xidmətçidir” mövqeyi üzərində bərqərar olmalıdır.

Qəbul zamanı ölkə rəhbəri Konstitusiya və hüquqi dövlət prinsipləri ilə bağlı düşüncələrini də bölüşüb. Cənab İlham Əliyevin fikrirlərindən belə nəticə hasil olur ki, dövlət quruculuğu yalnız iqtisadi inkişafdan ibarət deyil, hüquqi baza, idarəetmə mexanizmləri, konstitusional struktur da əhəmiyyətlidir. Konstitusiya islahatları vasitəsilə dövlətin institutları və idarəetmə sistemi yenilənir, bu da dövlətin davamlılığını təmin edir. Hüquqi dövlət prinsiplərinin gücləndirilməsi — həm dövlətçilik ideyası, həm də vətəndaşların hüquqlarının təmin olunması baxımından çox vacibdir. Məhz bu baxımdan, ölkə rəhbərinin təbirincə desək, “Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı Konstitusiyanın dövrün çağırışlarına uyğunlaşdırılmasını tələb edib”.

Əli Hüseynli

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
1
sesqazeti.az

2Sources