EN

“Paşinyan onları geri qaytarmaq istəmir”

Ermənistanda revanşist müxalifət yerli hakimiyyəti Bakıda həbsdə olan erməni terrorçuların geri qaytarılması ilə bağlı fəaliyyətsizlikdə ittiham edib.

Musavat.com xəbər verir ki, bu barədə erməni siyasətçi, revanşist mövqeyi ilə bilinən Lilit Qalstyan danışıb.

Revanşist deputatın fikrincə, əsirlərin qaytarılması həm daxili, həm də xarici siyasətin prioritetləri sırasında olmalı idi, lakin hökumətin beynəlxalq platformalarda bu məsələni qaldırdığına dair bəyanatlarına baxmayaraq, “nəticə sıfır olaraq qalır”.

Qalstyan əlavə edib ki, hakim fraksiya payız sessiyasında bu məsələnin əleyhinə səs verməklə mövzunu bilərəkdən arxa plana keçirib. Oxşar qətnamə OBSE-nin Portuqaliyadakı iclasında da hakim partiya tərəfindən dəstəklənməyib.

“Beləliklə, onlar beynəlxalq ictimaiyyətə açıq mesaj verdilər ki, “əsirlərin” (erməni terrorçularının - red.) taleyi Ermənistanın siyasi gündəminə daxil deyil”, - Lilit Qalstyan bildirib.

Musavat.com

Chosen
25
musavat.com

1Sources